Ötən gün paytaxt məkanlarının birində oriental rəqqasə Aytənin “Ərəb gecəsi” solo konserti baş tutub. Lent.az-ın məlumatına görə, azərbaycanlı rəqqasə gecədə Türkiyənin tanınmış modelyeri Semih Doğruerin hazırladığı libasla səhnəyə çıxıb. Fasiləsiz 20 dəqiqə oriental oynayan təqdim edən Aytən konsertən sonra təəssüratlarını bölüşüb: “Bu günə qədər Azərbaycanda heç bir rəqqasənin etmədiyi bir işi etdim. Təxminən 20 dəqiqə fasiləsiz oriental oynadım. Konsertim 3 hissədən ibarət idi. Gecədə məzdəkə, darbuka, həm də ispan ritmləri sədası altında oynadım”.
Qeyd edək ki “Ərəb gecəsi” adlı konsertin təşkilatçısı prodüser Mikayıl Hüseynov olub.