Müğənni Tunar Rəhmanoğlu Facebook-dan şikayətçidir. Lent. az-a danışan Tunar sosial şəbəkədən olan narazılığını belə izah edib:
“Onu deyim ki, sosial şəbəkədə yoxam. Bir müddət əvvəl bacım Günel (müğənni Azəri Günel) israr etdi ki, görüntü naminə Facebook-da səhifə açsın, etiraz etmədim. Günel açdı, ancaq mən şifrəni unutduğum üçün oradan istifadə edə bilmədim. Xeyli müddət keçəndən sonra dostluq etdiyim bir neçə tanışım mənə zəng edib irad bildirəndə ki, səhifəmdə xoşagəlməz paylaşımlar edirəm, əvvəl anlamadım, sonra məsələnin ciddiliyinin fərqinə vardım, öyrəndim ki, kimsə səhifəmin kodunu sındıraraq, profilimdən öz maraqları üçün istifadə edir. Kimliyini bilmədiyim mərdimazar səhifəmdə ağzınagələn statuslar yazıb, dostluğumda olan insanlara mesajlar göndərir. Hər kəsə bildirmək istəyirəm ki, Facebookda yer alan Tunar Rəhmanoğlu adlı səhifə ilə mənim heç bir əlaqəm yoxdur. Kimsə mənim adımdan istifadə edir".
Xatırladaq ki, müğənni onu adından istifadə edən şəxsə səslənərək səhifəsini bağlamağı rica edir. Müğənni əks halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.