Müğənni Emil Bədəlov və bəstəkar-müğənni Hacı Nazim Həcc ziyarətindədirlər. Lent. az-ın məlumatına görə, Emil bildirib ki, onu Həcc ziyarətinə qızı yola salıb: “Qızım məni Həccə yola salır. Bu ziyarətdən Allah hər kəsə nəsib etsin. Arzu edən hər kəsə qismət olsun. Çox gözəl hisslərdir” -, deyən müğənni sosial şəbəkədə də Həcc səfərindən olan şəkillərini paylaşıb.
Qeyd edək ki, bu, Hacı Nazimin 4-cü, Emil Bədəlovun isə 2-ci ziyarətidir.