Tanınmış azərbaycanlı müğənni Arzu Mələk yoxa çıxıb. Lent.az-ın azxeber.com-a istinadən verdiyi xəbərə görə, bu haqda müğənninin yaxınları məlumat veriblər. Onların dediyinə görə, müğənni artıq bir neçə aydır ki, yaşadığı evi tərk edib və hər kəslə əlaqəsini kəsib. Yaxınlarının dediyinə görə, müğənninin külli-miqdarda borcu olduğuna görə belə addım atıb. Hətta Arzu Mələkdən şikayətçi olanlar onu məhkəməyə də veriblər. Məhkəmədən müğənninin evinə bildiriş gəlsə də, o, prosesdə iştirak etməyib.
Həmçinin Arzu Mələk qızının sürdüyü bahalı avtomobili də satıb. Digər bir məlumata görə, müğənni Rusiyaya qaçıb.
Məsələylə bağlı müğənninin mövqeyini öyrənmək istəsək də, onunla əlaqə yaratmaq mümkün olmadı.