Azərbaycanlı müğənni qadın həbsxanasında konsert verib
18 noyabr 2015 17:54 (UTC +04:00)

Azərbaycanlı müğənni qadın həbsxanasında konsert verib

Qalmaqallı açıqlamaları ilə tanınan müğənni Afaq Aslan qadın cəzaçəkmə müəssisəsində  konsert verib. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib: “Düşünürəm ki, bu həyatda hər bir insanın səhvi ola bilər. Əsas odur ki, səhvini etiraf edib, yenidən təkrarlamayasan. Xeyli müddət idi, istəyirdim ki, qadın cəzaçəkmə müəssisəsində konsert verim. Amma şəxsi həyatımda baş verən hadisələrə görə vaxtım olmurdu. Nəhayət vaxt tapıb, istəyimi həyata keçirdim. Məhbusların qarşısında çıxış etdiyimə görə sevincliyəm. Gələcəkdə bu cür konsertlərdə tez-tez iştirak edəcəyəm”.

 

Qeyd edək ki, konsertdə A.Aslanla eyni səhnəni müğənni Əbdül Xalid də bölüşüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar