Müğənni Samira Allahverdi konsert verməyə hazırlaşır. Lent.az-a açıqlama verən ifaçı deyib ki, konsert aprelin 8-də paytaxt məkanlarının birində baş tutacaq: “Gözlədiyim bir konserti gerçəkləşdirəcəyəm. Konsertimdə sevilən mahnılarımla yanaşı, ən yeni mahnıları da oxuyacam. Uzun fasilədən sonra sevənlərimlə bir məkanda görüşəcəyim üçün sevincliyəm. Konsertimə gələn qonaqları sürprizlər də gözləyir. Həmin sürprizin nədən ibarət olduğunu isə öncədən demək istəmirəm. Konsert günü məlum olacaq”.
Qeyd edək ki, gecənin aparıcısı Şirməmməd Hüseynov, təşkilatçısı isə Mikayıl Hüseynovdur.