“Kobra” ləqəbli ilə tanınmaq istəyən müğənni Mehrim 4 afrikalı ilə “Sev” mahnısına klip çəkdirib. Lent.az-ın məlumatına görə, bu klipi rejissor Turqay ekranlaşdırıb. Müğənni klipin fərqli və baxımlı olacağını da əlavə edib.
Qeyd edək ki, yeni ekran işində Lady Gaga imicini təkrarlayan Mehrim bu dəfə stilist Natiqlə işləyib. Azərbaycanlı “Lady Gaga”nın tərəf müqabilləri arasında afrikalı “2Pac” da var.