“Bu gün oğurluq şoku ilə yuxudan oyandıq”. Lent. az-ın məlumatına görə, bu sözləri türkiyəli aktyor Tolqa Karellə ailə quran model Günay Musayeva sosial şəbəkədə yazıb: “Bu səhər oğurluqla üz-üzə qaldıq. Evimə girənlər seyfdən şəxsiyyət vəsiqələrimizdən tutmuş zinət əşyalarıma kimi hər şeyi götürüblər. Pullarımızı da oğurlamaları bəs etməyib, mətbəxdən kompüterimi aparıblar. Tolqanın avtomobilinin açarlarını götürüblər. Beləcə, rahatca maşınımıza minib gediblər. Biz də yan otaqda yatmışıq. Bu necə rahatlıqdır belə? Və polislər əllərində videogörüntü olmasına baxmayaraq, hələ də adamları tapa bilməyiblər. Hadisədən neçə saat keçib”.
Daha sonra, yazdığı statusu silərək bunları yazıb: “Statusu sildim. Yazdıqlarımı silməmə baxmayaraq, bu xəbəri eşidən hər kəs mənə keçmiş olsun dedi. Onlara təşəkkürümü bildirirəm. Can sağlığı olsun, sonrası düzələr”.