Türkiyənin tanınmış aktyoru Tolqa Karellə ailəli olmuş azərbaycanlı model Günay Musayeva maraqlı açıqlama verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, G.Musayeva bildirib ki, ailəli olduqları müddətdə T.Karel onu bir neçə dəfə döyüb. Açıqlamasında "Bu çətinliklər bitsin, həm oğluma, həm də özümə qurban kəsəcəm" deyən Günay sözünün üstündə durub. Model kəsdiyi qurbanı kimsəsiz uşaqlar evinə verib.
Qeyd edək ki, boşanan cütlüyün 3 yaşında Cahangir adlı bir övladları da var.