Xalq artisti Aygün Kazımova uşaqlığı ilə bağlı maraqlı etiraf edib. Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni “Körpü şou”da palçıq yediyini deyib:
“Uşaqlıqda yağış yağanda çox sevinirdim. Evin qapısının yanında gizlənirdim. Qonaq gələnlərin ayaqqabısında palçıq olanda onları yeyirdim. Ayaqqabılar tərtəmiz olurdu. Uşaq vaxtı torpaqdan, palçıqdan ötrü ürəyim gedirdi”.