Noyabrın 30-da Kiyevdə keçiriləcək “Uşaq Eurovision-2013” də Azərbaycanı təmsil edəcək iştirakçının adı bəlli olub. Lent. az-aın məlumatına görə, ölkəmizi yarışmada 10 yaşlı Rüstəm Kərimov təmsil edəcək. O, müsabiqədə ”Mən və mənim gitaram” mahnısı ilə çıxış edəcək.
Qeyd edək ki, təmsilçimiz 2003-ci ildə Bakıda dünyaya gəlib. O, 2 yaşından oxumağa, 8 yaşından pianoda ifa etməyə başlayıb. Hazırda Rəşid Behbudov adına Musiqi məktəbində təhsilini davam etdirir.
“Ukrayna” Milli İncəsənət Sarayında baş tutacaq konsertdə iştirakçılar “Yaradıcı ol” şüarı ilə bir araya gələcəklər.
Onu da əlavə edək ki, yarışma “Be Creative” (“Yaradıcı ol”) devizi altında keçiriləcək.