May ayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision Mahnı Müsabiqəsi" nin yarımfinal iştirakçılarının sıra nömrəsi elan olunub. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarda keçirilmiş püşkatmanın nəticələrinə görə, Azərbaycan mayın 16-sı baş tutacaq İkinci Yarımfinalın ilk yarısında çıxış edəcək. Dünən isə yarımfinal iştirakçılarının sıra nömrələri yenidən elan olunub. Şou prodüserlərinin qərarına əsasən, Azərbaycan təmsilçisi Fərid Məmmədov ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək
Digər ölkələr bu ardıcıllıqla çıxış edəcək.
İlk Yarımfinal
1. Avstriya
2. Estoniya
3. Sloveniya
4. Xorvatiya
5. Danimarka
6. Rusiya
7. Ukrayna
8. Niderland
9. Çernoqoriya
10. Litva
11. Belarus
12. Moldova
13. İrlandiya
14. Kipr
15. Belçika
16. Serbiya
İkinci Yarımfinal
1. Latviya
2. San-Marino
3. Makedoniya
4. Azərbaycan
5. Finlandiya
6. Malta
7. Bolqarıstan
8. İslandiya
9. Yunanıstan
10. İsrail
11. Ermənistan
12. Macarıstan
13. Norveç
14. Albaniya
15. Gürcüstan
16. İsveçrə
17. Rumıniya
Qeyd edək ki, bu il, ötən illərdən fərqli olaraq Yarımfinalda və Finalda ölkələrin hansı sıra nömrələri altında çıxış edəcəklərini müəyyənləşdirmək üçün püşkatmadan istifadə olunmayıb. Avropa Yayımlar Birliyinin qərarına əsasən bunu şounun prodüserləri özləri müəyyənləşdiriblər.
Xatırladaq ki, təmsilçimiz Fərid Məmmədov yarışmada "Hold me" mahnısı ilə çıxış edəcək.