Dünən “Azure Shoping Centr” ticarət və əyləncə mərkəzində Azərbaycanda ilk dəfə olaraq dünya “Süd günü” keçirilib. Lent. az-ın məlumatına görə, dünyanın bir çox ölkələrində 1956- cı ildən qeyd edilən “Süd günü” “Mİlla” süd məhsulları istehsalçılarının təşəbbüsü ilə gerçəkləşib. Gecədə səhnəmizin ən tanınmış ulduzlar - Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Eldar Qasımov, Elnarə Xəlilova, Zamiq Hüseynov və rumıniyalı Dj Layla çıxış ediblər.
Tədbirin aparıcıları Elnarə Xəlilova və Zaur Baxşəliyev olub. Ulduzlar səhnəyə ağ geyimdə çıxıblar. Gecədə südlə bağlı müxtəlif oyunlar oynanılıb, hədiyyələr verilib.
Qeyd edək ki, ilk dəfə “Milla”nın təşəbbüsü ilə gerçəkləşən layihə bu yaxınlarda televiziya ilə də yayımlanacaq.