“Azərbaycan bu il “Best model of world”də iştirak etməyəcək”. Bu məlumatı Lent.az-a model Günay Musayeva verib. O, bildirib ki, ölkəmiz müsabiqədə gələn il təmsil olunacaq: “Bir müddət öncə “Best model of Azerbaijan-2013”-ü Azərbaycanda təşkil edəcəyimi bildirmişdim. Bu məsuliyyətli işi mənə tapşırdığı üçün Erkan Özermana təşəkkür edirəm. Bəzi səbəblər və vaxt məhdudluğu olduğu üçün qərara gəldik ki, müsabiqəni bu il yox, gələn il edək. Azərbaycan bu ilin dekabrında Bolqarıstanda keçiriləcək “Best model of world”də iştirak edə bilməyəcək. Ancaq müsabiqədə yenə münsif kürsüsündə əyləşəcəm və ölkəmi layiqincə təmsil edəcəm. Müsabiqə ilə bağlı sualı olanlar istər telefonla, istərsə də sosial şəbəkələrdə mənə müraciət edə bilərlər. Təmsilçi olaraq sualları cavablandırmağa hazıram ”.
Model sonra 2010-cu ildə onunla birlikdə birinci seçilən finalçıya mesaj göndərib:
“2010-cu ildə mənimlə birlikdə birinci seçilən, amma öz səhv addımlarına görə “Best model of world”ə vəsiqə qazana bilməyən kişi finalçı (adını çəkmək istəmirəm) hələ də sakitləşməyib, tez-tez “Best model of world”ün koordinatoru Silvester Lolovu həm özü, həm dostları zəng edib narahat edir, hətta Özermanın İstanbuldakı ofisinə gedərək müsabiqəyə yenidən qatılmaq istədiyini bildirib. Onun nəzərinə çatdırmaq istəyirəm ki, üç il əvvəl müsabiqədə qalib gəlibsə, bu il iştirak etməyi qanuni cəhətdən doğru deyil. Sakitləşsin və Azərbaycanda yarışma keçiriləcəyi günü gözləsin və özünü təkrar yoxlasın”.