İlqarə arıqlayıb belə oldu: "İndi daha rahatam"
15 dekabr 2014 10:58 (UTC +04:00)

İlqarə arıqlayıb belə oldu: "İndi daha rahatam"

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova yeni mahnılar yazdırıb. Lent.az-a açıqlama verən ifaçı deyib ki, yaradıcılıq işlərində yenilik etməyə hazırlaşır: “Bir neçə ay öncə “Bir az sevgi” adlı mahnımı dinləyicilərin ixtiyarına verdim. Həmin mahnı radiolarda da səsləndi. Qarşıda isə yeni işlər var. Tam hazır olduqdan sonra dinləyicilərə təqdim edəcəm”.

 

İ.Kazımova daha sonra deyib ki, formada qalması üçün pəhriz saxlayır: “Xeyli müddətdir ki, qidalarıma diqqət edirəm. Formada qalmağım üçün bir çox məhsullardan imtina etmişəm. İndi özümü daha rahat hiss edirəm”.

 

Qeyd edək ki, xeyli çəki atan İ.Kazımova yeni şəkillərini sosial şəbəkədəki səhifəsinə yerləşdirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar