Noyabrın 8-də “Milli Bayraq Günü” münasibətilə “Hollivud” restoranında xalq artisti Aygün Kazımova və türk müğənnisi Sinan Akçılın verəcəkləri konsert təxirə salınıb. Lent.az-ın məlumatına görə, bu barədə Aygün Kazımova bildirib. Xalq artisti sosial şəbəkədə bu barədə yazıb: “Sevənlərimə pis xəbər. Sinanla konsertim təxirə düşdü. Çox təəssüf. Heç istəməzdim belə olsun, amma oldu”.
Konsertin təşkilatçısı Nahid Emiloğlu Lent.az-a konsertin niyə baş tutmamasının səbəblərini açıqlayıb: “Bilirsiniz ki, konsert qabağı müəyyən bir qonorar danışılır. Və buna görə də konsert hazırlanır. Aygün Kazımova ilə yanaşı, Sinan Akçılla da qonorar məsələsində razılığa gəlmişdik. Lakin sonda Sinan Akçıl qiymətini qaldırdı. Bu səbəbdən razılğa gələ bilmədik və konsert baş tutmadı”.