Hazırda Türkiyədə olan xalq artisti Aygün Kazımovadan xəbər var. Lent.az-ın məlumatına görə, yeni mahnılar üzərində çalışan müğənni, hazırda sözləri Zərifə Quliyevaya, musiqisi Tural Bayraməliyevə məxsus olan “Azərbaycan bayrağı” adlı mahnı üzərində işləyir. Bundan əlavə “Səndən adam olmayacaq” və “Biletini alma” adlı mahnıları da dinləyicilərin ixtiyarına veriləcək. Paytaxta 10 gün sonra qayıdacaq müğənni bir neçə sürpriz layihələrə də imza atmaq niyyətindədir.
Qeyd edək ki, A.Kazımovanın son dövrlər yazdırdığı mahnıların aranjemançısı türkiyəli Mert Eli İcellidir.