Noyabrın 8-də Aygün Kazımova və türk müğənnisi Sinan Akçıl “Milli Bayraq günü münasibətilə “Hollivud” restoranında konsert verəcəklər. Konsertinin afişası artıq hazırdır. Bu barədə Lent. az-a təşkilatçı Nahid Emiloğlu bildirib. Onun sözlərinə görə, hər şey öz qaydasındadır və anonslar da efirdə yayımlanacaq.
Qeyd edək ki, noyabrın 8-də konsertin təşkilatçısı N. Emiloğlunun 35 yaşı və onun çalışdığı “Səs” prodakşının 10 yaşı olacaq.
Konsertin informasiya dəstəkçisi Lent. az,
yayım hüququ isə Lider telekanalına məxsusdur.