Xalq artisti Aygün Kazımova Türkiyənin Kral televiziyasının təşkil etdiyi məşhur “Türkiyə Müzik Ödülleri”ndə iştirak edib. Ən yaxşı qadın ifaçısı və ən yaxşı sinql nominasiyaları üzrə ölkəmizi təmsil edən xalq artistinin fərqli geyimləri türk mediasında xüsusi olaraq vurğulanıb. Səfərdən qayıdandan sonra o, öz təəssüratlarını Lent. az-la bölüşüb:
"Türkiyədə belə isti qarşılanacağımı bilirdim. Bu məni təəccübləndirmədi. Bilirdim ki, diqqət mərkəzində olacağam və oldum da "- deyə xalq artisti əlavə edib.