Aygün Toliki kövrəltdi
05 iyun 2015 18:03 (UTC +04:00)

Aygün Toliki kövrəltdi

Şou-biznesdə etdiyi layihələri və açıqlamalrı ilə tanınan prodüser Tolik (Tarix Əliyev) sabah doğum günün qeyd edəcək. Lent.az-ın məlumatına görə, prodüserin doğum günü Sevinc-Sevil bacılarının aparıcılıq etdiyi “Hər şey daxil” verilişində qeyd olunub. Belə ki, prodüseri canlı efirdə təbrik etməyə xalq artisti Aygün Kazımova, müğənnilər Elton Hüseynəliyev Rəhim Rəhimli təbrikə gəliblər.

 

Onu da əlavə edək ki, A.Kazımovanın verilişə qəfil gəlişi Tolikin kövrəlməsi ilə nəticələnib. R.Rəhimli sevimli ulduzun gələcəyini bilsə də, prodüserə sürpriz olsun deyə bu məqamı gizli saxlayıb. Verilişdən sonra Tarix Əliyev təəssüratlarını bölüşdü: “Allahıma çox bağlı olan insanam. Tanrının mənə yaşatdığı hər gün üçün şükür edirəm. 12 illik prodüserlik fəaliyyətim boyunca çalışmışam ki, maraqlı layihələr ərsəyə gətirim. Allaha həm də ona görə şükr edirəm ki, minlərlə tanımadığım insanın sevgisi ilə əhatə olunmuşam. “İnstagram”da səhifəmdə etdiyim paylaşımların altında xoş sözlər yazıb məni pozitiv enerji ilə yükləyən hər bir izləyicimə təşəkkür edirəm. Bu səhər baş tutan ad günü sürprizinə görə isə Xəzər TV-nin rəhbərliyinə, telekanalın bütün əməkdaşlarına, o cümlədən dostlarım olan əkiz bacılara təşəkkür edirəm. Var olsun dostlarım, biləndə ki, sabah ad günümü iş başında keçirəcəyəm, buna görə bir gün öncədən mənim üçün yaddaqalan veriliş hazırladılar. Aygün xanıma, Elton və Rəhimə də ürəkdən təşəkkür edirəm. Yaxşı ki, həyatımda belə təmənnasız dostlarım var”.

Tolik onu da əlavə etdi ki, iyunun 9-da say-seçmə dostlarının əhatəsində ad gününü şəhər restoranlarının birində keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar