Müğənni İlqarə Kazımovanın bu gün keçirdiyi təqdimat mərasimində anası, xalq artisti Aygün Kazımova iştirak etməyib. Lent.az-a açıqlama verən İ. Kazımova bildirib ki, o, anasını bu günki tədbirdə gözləsə də, istəyi gerçəkləşməyib: “Bu gün anamı ilk klip təqdimatımda gözləyirdim. Amma müəyyən səbəblərə görə gəlib çata bilmədi. Hər ikimiz öz işimizlə məşğul olduğumuza görə bu cür halların baş verməsi normaldır. Bu mövzunun şişirdilməsini istəmirəm”.
Qeyd edək ki, İ. Kazımova bu gün “Yenə yenə” adlı klipini mediaya təqdim edib. Ekran işinin rejissoru Anar Hüseynov, prodüseri isə anası, xalq artisti Aygün Kazımovadır.