Bəzi portallarda xalq artisti Aygün Kazımova ilə bağlı müxtəlif xəbərlər yayılıb. Lent. az-ın məlumatına görə, Aygün Kazımova məsələ ilə bağlı media qurumlarına və onların rəhbərlərinə müraciət ünvanlayıb:
“Bu xəbəri eşidəndə inanmadım. Hətta bu günə qədər ciddi və nüfuzlu hesab etdiyim portallarda, saytlarda haqqımda yazılanları oxuyanda təəccübləndim. Çünki Azərbaycanda kifayət qədər nümunəvi jurnalistlər var ki, onlardan bu peşəni öyrənmək lazımdır.
Mədəniyyət sahəsində çalışan bəzi jurnalistlər peşə etikasına əməl etsələr yaxşı olar. Hətta şou-biznesin də bir qırmızı xətti var və onu tapdalayıb keçməyə heç kəsin ixtiyarı yoxdur. Yayılan xəbərlərin mənbəyi və əsası olmalıdır. Reytinq naminə əsassız xəbər yaymaq cinayətdir. Mövzunun aktuallığını nəzərə alıb KİV nümayəndələrindən xahiş edirəm ki, elə bu gün, Milli Məclisdə müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsinin «Böhtan» (147-ci maddə) və «Təhqir» (148-ci maddə) maddələrinə təklif olunan dəyişiklikləri diqqətlə izləsinlər.
Xatırlatmaq istəyirəm ki, hər şeydən öncə mən bir qadınam. Şərəfimə, ləyaqətimə, mənliyimə toxunacaq ifadələr işlədən istənilən şəxs qanun qarşısında cavab verəcək. Biz hansı dövrdə yaşayırıq ki, kimsə kimisə şantaj eləsin? Bundan sonra haqqımda deyilən və yazılan hər bir əsassız yazıya görə cavabdeh olan şəxs qanun qarşısında cavab verəcək. Belə məsələlərə artıq heç bir şərh verməyəcəm. Dövlətimizin qanunları var və çox yaxşı da icra olunur.”

Aygün Kazımova: “...Həmin şəxs qanun qarşısında cavab verəcək”
Oxşar yazılar

Öz və yalançı adları ilə tanınan MƏŞHURLAR – SİYAHI
23 aprel 2025 , 11:03
Madonnanın karyerasında rekord: Klipi 1 milyard izləndi - VİDEO
21 aprel 2025 , 17:31
6 ayda 26 kilo arıqladı! İşin Karaca sirrini açıqladı
21 aprel 2025 , 12:56
Sürpriz eşqin ilk FOTOSU – Məşhurlar qovuşdu
21 aprel 2025 , 11:46
Məşhur müğənni: “Yaxşı bir it olmaq istərdim”
19 aprel 2025 , 19:10
Selena Qomes cinsi həyatı ilə bağlı elə şeylər paylaşdı ki...
18 aprel 2025 , 14:12
Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü
18 aprel 2025 , 11:38