“Azad Azərbaycan” da yayımlanan “Alma-almaya bənzər” verilişində Ayan rus estradasının məşhurlarından olan Jasminin “İndiyskoe disko” klipindəki obrazını təkrarlayıb. O, uğurlu çıxışı ilə yadda qalıb. Lent. az-ın məlumatına görə, ulduzumuzun özünü əcnəbi sənətçiyə bənzətməsi maraqla qarşılanıb. Ayan belə bir layihəyə ilk dəfə qatıldığı üçün məmnunluğunu diqqətə çatdırıb.