Barəsində axtarış elan edilmiş müğənni Rəqsanə Moskvada həmvətənlərimizin tədbir və toylarında iştirak edir, yeni layihələr üzərində çalışır. Lent.az-ın məlumatına görə, həmin məclislərdən biri ötən gün baş tutub. Yerli sənətçilərdən Ədalət Şükürov, Elton və Rəqsanə İsmayılovanın qatıldığı tədbirdə Araş və Filipp Kirkorov da iştirak edib.
Xatırladaq ki, R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında, istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını bildirirlər. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir.