Ancelina Coli bir daha ana ola bilməyəcək
24 mart 2015 19:42 (UTC +04:00)

Ancelina Coli bir daha ana ola bilməyəcək

Məşhur aktrisas Angelina Jolie əməliyyat olunub.  Bu barədə məlumatı “New- York Times” qəzeti yayıb. 39 yaşlı aktrisanın əməliyyatı ötən həftə baş tutub. Əməliyyat zamanı onun yumurtalıqları və analıq borusu (fallopian) götürülüb. Angelina Jolie doğuş qabiliyyətini (menepauza) itirib. Qəzetin məlumatına görə, süd vəzisi xərçənglərində ən çox BRCA1 geni mutasiya olur. Aktrisada 87 faiz döş, 50 faiz isə yumurtalıq xərçəngi riski olduğu qeyd edilir. Bildirilir ki, Jolie əməliyyat olacağını bilirdi, həkimin təcili zəng etməsi ilə aktisanın əməliyyat vaxtı qabağa çəkilib.

 

Angelina Jolie əməliyyatı barədə mətbuata açıqlama verib:

 

“Məni analiz etdilər, xərçəng riskinin çox olduğunu bildirdilər. Mən də bu məsələni kökündən həll etmək qərarına gəldim. Mənim yumurtalıqlarımı və analıq borumu kəsib götürdülər. Bir daha ana ola bilməyəcəm. Güclüyəm, özümə söz vermişəm ki, uşaqlarım böyüyüb mənə nəvə bəxş etməsinə qədər ölmək haqqında düşünməyəcəm”.

 

Qeyd edək ki, aktrisa 2013-cü ildə iki döşünü kəsdirmişdi. Onun anası Marcheline Bertrand yumurtalıq xərçənginə tutulmuş, 2007-ci ildə dünyasını dəyişmişdi. (qafqazinfo.az)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar