[b]Anadangəlmə lider:[/b] "O, gün ərzində 24 saat, həftədə isə 7 gün çalışır"
28 sentyabr 2014 10:53 (UTC +04:00)

[b]Anadangəlmə lider:[/b] "O, gün ərzində 24 saat, həftədə isə 7 gün çalışır"

 

Son 10 il ərzində haqqında ən çox danışılan 3 futbol məşqçisindən biri, bəlkə də birincisidir Don Joze. Tərəfdarı olduğu qədər də, əleyhdarı var onun. İnsanlar onu ya sevirlər, ya da nifrət bəsləyirlər. Maraqlısı odur ki, onu,  Joze Mourinyonu bəyənməyənlər də onun xüsusi insan olduğunu qəbul edirlər.

"Şəxsi həyatımda futbolda olduğumun tamamilə əksiyəm. Risk etməyi heç xoşlamıram. Xüsusilə pul məsələsində risk etməklə aram yoxdur. Təvazökaram, sosial həyat məni özünə çəkmir. Ən sevmədiyim şey isə yalandır. İnsanlar məni yaxşı tanıdıqlarını düşünürlər. Halbuki, əsl Jozeni yalnız ailəsi və dostları tanıyır".

 

Bu sözlər Mourinyonun özünə məxsusdur. 51 yaşlı məşqçi özünü məhz belə xarakterizə edir. Bəs görəsən başqaları onun barədə nə düşünür? Bu yazıda tanınmış futbol nümayəndələrinin Mourinyo haqda səsləndirdiyi  fikirlərə, xoş xatirələrə yer verdik... 

 

Zlatan İbrahimoviç (PSJ-nin və İsveç yığmasının üzvü):

 

 "Mourinyo böyük ulduzdur. Onunla bağlı o qədər xatirəm var ki... Bir dəfə həyat yoldaşım Helena ilə qarşılaşdı və ona belə dedi: "Sənin əsas işin Zlatanı vaxtı-vaxtında yedirtmək, vaxtında yatmasına nəzarət etmək və onun xoşbəxt olması üçün çalışmaqdır". Mourinyo demək istədiyini deyir. O, anadangəlmə liderdir.  Avro-2008 vaxtı mənə dedilər ki, Joze səninlə danışmaq istəyir. Həmin vaxt "İnter"lə yenicə müqavilə bağlamışdı. Başa düşdüm ki, mənimlə birgə işləmək istəyir. Görüşdük və Mourinyo ilk dəfə italyan klubunun başına keçməsinə rəğmən, mənimlə italyanca danışdı. Təsəvvür edirsiniz, Joze 3 həftə ərzində italyan dilini öyrənmişdi, özü də məndən yaxşı danışırdı. Avro-2008-də İspaniya ilə oyundan (1:2) sonra Mourinyo bir daha məni təəccübləndirdi. Göndərdiyi mesajda məni tərifləmiş və bir neçə məsləhət vermişdi. Karyeram ərzində heç vaxt belə məşqçi ilə qarşılaşmamışam. O, gün ərzində 24 saat, həftədə isə 7 gün çalışır. Komandada hər bir oyunçunun göstəricilərini bilirdi. Hətta 3-cü qapıçının ayaqqabısının ölçüsünə qədər. Mourinyo Fabio Kapellodan fərqli olaraq, diktator deyil. Sevimli oyunçusu olmur, bütün futbolçularla dostlaşmağa çalışır. Məğlub olduğumuz oyunlardan sonra bizə elə yaxşı münasibət göstərirdi ki, utandığımızdan yerə girmək istəyirdik. Mourinyoya həyatımı da qurban verərəm".

 

Uesli Sneyder ("Qalatasaray"ın və Hollandiya yığmasının yarımmüdafiəçisi): "İnter"dən təklif alanda çox düşünmədən "hə" dedim. Çünki Mourinyo məni komandasında görməyi çox istəyirdi. Ondan ardıcıl smslər alırdım. Nəhayət, keçid baş tutdu və məni hava limanında Mourinyonun özü qarşıladı. Görüşən kimi dedi ki, sabahkı oyuna əsas heyətdə çıxacaqsan. "İnter" sabah "Milan"la qarşılaşmalı idi. "Derbini sən qazanacaqsan" deyərək, mənə inamını göstərdi. Açığı, sözləri öncə beynimə batmadı. Axı mən komanda ilə heç məşqə də çıxmamışdım. Amma Mourinyonun mənə olan inamını görmək xoşuma gəldi. Sabahkı gün oyuna çıxdım və karyeramın ən yaxşı görüşlərimdən birini keçirdim (Həmin görüşdə "İnter" "Milan"ı 4:0 hesabı ilə darmadağın etmişdi - red.).

Didye Droqba ("Çelsi"nin hücumçusu): "Marsel"də oynayarkən, Çempionlar Liqası matçında tribunadan oyunumu izləmişdi. Həmin vaxt Mourinyo "Portu"da işləyirdi. Fasilədə tuneldə mənimlə qarşılaşdı və bu sözləri dedi: "Səni almaq üçün pulum çatmır. Kot d`İvuarda sənin kimi yaxşı oynayan qohumun varmı?". Gülərək, Jozeni qucaqladım və ona belə dedim: "Bir gün elə bir klubun başına keçəcəksən ki, həmin klub məni ala biləcək". Cəmi yarım il sonra Mourinyo "Çelsi"nin sükanı arxasına keçdi və məni komandasına dəvət etdi. Onun komandadan ayrıldığı gün də yadımdadır. Bizimlə görüşəndə başa saldı ki, gedir. Hər şey 5 dəqiqənin içində oldu. Bu cümləsi heç vaxt yadımdan çıxmaz: "Hamınıza "sağ ol" deyirəm, hətta məni satanlara da". Qapıya çatanda dayandı və geri çevrilərək daha bir cümlə işlətdi: "Xoşbəxtəm ki, gedirəm". O gedəndən sonra tək qalmaqdan qorxurdum. Göz yaşlarımı saxlaya bilməmişdim. Onun gedişindən sonra özümü yetim kimi hiss edirdim".

Marko Materatsi (İtaliya yığmasının və "İnter"in keçmiş üzvü): "Ən böyük arzularımdan biri məşqçi kimi Mourinyonun köməkçisi olmaqdır. Dünyanın bir nömrəli məşqçisi ilə birgə çalışmaqdan gözəl nə ola bilər? Kim Mourinyonu pisləyirsə, bunu paxıllığından edir. Onun iş üslubunu çox bəyənirdim. "İnter"də rəhbərliyi altında oynamışam. O, bizdən topla daha çox işləməyi tələb edirdi. Mourinyo futbolu hərtərəfli bilir. Həmişə uğur qazanmağa köklənir. Buna baxmayaraq, dürüstlüyünü də qoruyub saxlayır. "İnter"dən ayrıldığı günü unutmaram. Çox qəmli anlar idi. Mourinyonun gedişini qəbul edə bilmirdik. Həmin vaxt Joze mənə belə demişdi: "Bu sadəcə olaraq, idmandır, həyat isə davam edir". Biz onu ata kimi qəbul edirdik. Mənim üçün o, dünyanın ən güclü məşqçisi, birgə çalışdığım ən dahi şəxsdir".

Hamit Altıntop ("Qalatasaray"ın futbolçusu): "Möhtəşəm məşqçidir. Hər şeyi daim nəzarət altında saxlayır. Mourinyo nə vaxt futbolçunun yanında olmaq, nə vaxt isə onu tək buraxmaq lazım olduğunu yaxşı bilir. Onunla çalışan bütün futbolçuların yaddaşında güclü məşqçi kimi qalıb. Joze bundan əlavə, həm də yaxşı dostdur".

Fatih Terim (Türkiyə yığmasının baş məşqçisi): “Mourinyo hər getdiyi komandada uğur əldə etməyi bacarıb. Güclü məşqçi olduğu kimi, həm də fərqli insandır. Fərqli olması bəzən gec başa düşülməsinə səbəb olur. Amma mənim ona hörmətim böyükdür. Joze çox əhəmiyyət verdiyim dostlarımdandır". 

Petr Çex ("Çelsi"nin çexiyalı qapıçısı): "Mourinyonun bu dəfə "Çelsi"də uzun müddət qalmağını istərdim. Çünki o, dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Joze oyunçularına hər şeyi bütün incəliklərinə qədər başa salır. Mourinyo bərabərə qalmaqdansa, uduzmağı seçən birisidir. Bəziləri "əgər qazanmırıqsa, uduzmayaq" deyər. Amma bu, onun üçün keçərli deyil. Mourinyo hər zaman qalib gəlmək və doğru yolla buna nail olmaq istəyir".

 

Frenk Lempard ("Çelsi"nin sabiq futbolçusu): "Bu sözlərim bəzi insanları əsəbləşdirsə də, deyəcəyəm: Mourinyo möhtəşəm insan və məşqçidir. Onunla işlədiyim üçün özümü şanslı hesab edirəm. Məhz Joze ilə birgə çalışdıqdan sonra güclü futbolçu olduğumu anladım".

 

Kriştianu Ronaldo ("Real"ın portuqaliyalı futbolçusu): "Onunla aramızda küskünlük olmuşdu. Amma mən hər kəsi bağışlaya bilərəm. Əslində Mourinyo ilə qabardılası problemim olmayıb. Onunu haqda heç vaxt pis sözlər deməmişəm. Mourinyo ilə gələcəkdə yenidən çalışa bilərəm. Bu faktdır ki, mən ondan çox şey öyrənmişəm".

Roy Kin ("Mançester Yunayted"in keçmiş futbolçusu): "Mourinyo yaxşı məşqçidir. Futbolçularla ortaq dil tapa bildiyi kimi, jurnalistləri də yönləndirməyi bacarır. Hətta individualizmi sevən, eqoist futbolçuların da "damarını tutur". Bir sözlə, ağıl dəryasıdır. İngiltərə Futbol Federasiyası yığmanın uğursuzluq sindromuna son qoymasını istəyirsə, baş məşqçi postuna Mourinyonu gətirməlidir".

 

# 3218
avatar

Tengiz Məmmədov

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50