Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər.
Tədbirdə iştirak etmək üçün iki cüt cəsarətli adam - Leonid Romanov və Tatyana Fedorova, həmçinin latviyalı Patrik Zvayqzne və Kristaps Stals könüllü olaraq iştirak ediblər. Nəticədə latviyalılar bir-biri ilə 54 saat 4 dəqiqə danışıblar. Mükafat olaraq qaliblərə təxminən beş min dollar və xatirə sertifikatları verilib.
Nəticə təbii ki, "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. İştirakçıların vəziyyətindən ciddi narahat olan tədbir təşkilatçılarının özləri tərəfindən dayandırılıb.