Göygöldə çayda batan yeniyetmənin meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, 14 yaşlı Murad Allahverdiyevinin cəsədi bu gün səhər saatlarında Gəncə çayının Göygöl rayonundan keçən hissəsində aşkarlanıb.
Cəsəd aidiyyatı üzrə təhvil verilib.
***
01:59
Göygöldə yeniyetmənin çayda batmasına dair bəzi təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Gəncə çayının Göygöl rayonundan keçən hissəsindən 3 yeniyetmə çayın bir sahilindən digər sahilinə keçən zaman onlardan biri çaya düşüb.
2000-ci il təvəllüdlü Murad Allahverdiyev dostunu xilas edib, özü isə çayda batıb.
Hazırda 14 yaşlı yeniyetmənim axtarışları FHN əməkdaşları tərəfindən davam etdirilir.
***
00:28
Göygöldə 14 yaşlı oğlan çayda batıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə sakini 14 yaşlı Allahverdiyev Murad Yasin oğlu çayda boğulub.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis idarəsinin və FHN-in Gəncə Regional Mərkəzinin xususi xilasetmə hissəsinin xilasediciləri cəlb olunub.
Xilasedicilər Gəncə çayının Göygöl və Gəncə şəhərindən keçən hissəsində axtarışları davam etdirir.