Evakuator sürücüsü 9 yaşlı qızı qaçırıb öldürdü
18 may 2024 14:51 (UTC +04:00)

Evakuator sürücüsü 9 yaşlı qızı qaçırıb öldürdü

Rusiyanın Rostov vilayətində 25 yaşlı evakuator operatoru Olqinskaya kəndində doqquz yaşlı qızı qaçıraraq öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, sürücü küçələrdən biri ilə hərəkətdə olarkən mağazaya gedən məktəbli qız diqqətini çəkib. Həmin şəxs qızı maşına mindirərək kəndin yaxınlığındakı tarlaya aparıb. Valideynlər 2 saat yarım uşağı özləri axtardıqdan sonra polisə müraciət ediblər.

Vilayətin hüquq-mühafizə orqanlarının əməkdaşları QLONASS sistemindən istifadə edərək avtomobilin marşrutunu yenidən quraraq onun dayandığı yeri aşkar ediblər. Nəticədə çöllük ərazidə məktəbli qızın meyitini tapıblar.

Cinayhətkar müəyyən edilərək saxlanılıb. Sürücünün əvvəllər heç bir cinayəti olmayıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3585
avatar

Oxşar yazılar