16 yaşlı qız tualetdə doğduğu  uşağı zibilliyə atdı
01 sentyabr 2026 18:30 (UTC +04:00)

16 yaşlı qız tualetdə doğduğu uşağı zibilliyə atdı

0

Türkiyənin Mersin şəhərində xəstəxananın təmizlik işçisi zibil qutusunda yeni doğulmuş qız körpəsi tapıb. Xəstəxananın tualetində doğuş etdikdən sonra körpəni zibil qutusuna atdığı müəyyən edilən 16 yaşlı H.E.Y. həbs olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 27-də Erdemli Dövlət Xəstəxanasında baş verib. Qarın ağrısı şikayəti ilə anası R.H. ilə birlikdə təcili yardım şöbəsinə müraciət edən H.E.Y.-nin xəstəxananın tualetində doğuş etdiyi bildirilir.

H.E.Y. dünyaya gətirdiyi körpəni zibil qutusuna atdıqdan sonra özü müalicəyə götürülüb. Bu zaman tualetdə təmizlik aparan əməkdaş zibil qutusundakı körpəni görərək xəstəxana rəhbərliyinə məlumat verib. Müayinədən sonra körpə də müalicəyə götürülüb. H.E.Y. və anası R.H.-nin xəstəxanaya daxil olduğu anlar təhlükəsizlik kameralarına düşüb.

Hadisə ilə bağlı araşdırma başladılıb. Mersin və Erdemli prokurorluqlarının göstərişi ilə H.E.Y. və anası saxlanılıb. Polis bölməsindəki prosedurlardan sonra “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə məhkəməyə göndərilən H.E.Y. həbs olunub. Onun anası R.H. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xəstəxanada müalicəsi davam edən körpənin vəziyyətinin yaxşı olduğu, həmçinin atasının da müəyyən edildiyi bildirilib.

Faktla bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar