Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var
18 may 2024 20:01 (UTC +04:00)

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

Zaqatalada yol qəzası bsş verib.   

Lent.az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 

Hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri  alan rayonun Qandax kənd sakini, 38 yaşlı Ramil Eldar oğlu Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

R. Babayevin vəziyyəti orta-ağır qiymətləndirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14685
avatar

Oxşar yazılar