Rusiyanın paytaxtı Moskvada "Bolşoy Teatr"da tamaşa zamanı yalançı həyəcan təbili çalıb.
Lent.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yalançı həyəcan təbili çalıb. 1500-ə yaxın insan sərbəst şəkildə binanı tərk edib”, - məlumatda deyilir.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, həyəcan siqnalları işə salındıqdan sonra tamaşa davam edib.