Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ
18 may 2024 13:30 (UTC +04:00)

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Əlavə çəkilərdən xilas olmaq üçün pəhriz saxlayan hər kəs bu prosesin nə qədər çətin olduğunu bilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, incə belə sahib olmağa köməklik edən kefir və kətan toxumundan hazırlanmış yağ yandırıcı içkidir. Bu və ya hər hansı digər arıqlama məhsulunu istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.

Arıqlamaq istəyirsinizsə, səhər yeməyi və ya şam yeməyini bu “kokteyl”lə əvəz edin. Səhəri seçsəniz, əvvəlcə bir stəkan isti su içmək və yarım saatdan sonra - kətan ilə kefiri qəbul etməyiniz tövsiyə edilir.

Bu kurs 21 gündür.

Birinci həftə

İlk yeddi gündə 3 çay qaşığı kətan toxumu və 100 ml kefirdən ibarət bir içki içməli olacaqsınız. Hər iki məhsulu qarışdırmazdan əvvəl, kətan toxumu bir qarışdırıcı və ya qəhvəçəkəndən istifadə edərək üyüdülməlidir.

İkinci həftə

8-dən 2-yə qədər yuxarıda təsvir olunan plana uyğun hərəkət etməlisiniz. Yeganə fərq odur ki, kətan toxumunun miqdarı gündə 6 çay qaşığı qədər artırılmalıdır.

Üçüncü həftə

15-dən 21-ə qədər içki hazırlamaq və içmək üçün eyni qaydalara əməl edin. Tərkibi olaraq 9 çay qaşığı kətan toxumu və 150 ​​q kefir istifadə edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7995
avatar

Fidan İlqar

Oxşar yazılar