İntihara cəhd edən Dilarədən ETİRAF
18 may 2024 14:27 (UTC +04:00)

İntihara cəhd edən Dilarədən ETİRAF

Xəbər verdiyimiz kimi, sosial media mütəxəssisi Dilarə Zamanova "Instagram"da canlı yayın açıb, intihara cəhd edib. 

Lent.az xəbər verir ki, o, sosial şəbəkə hesabında problemini dilə gətirib:

"7 aydır ki, ağrımı, acımı xalçanın altına süpürürdüm. Anamın vəfatından 1 həftə sonra dərhal işləməyə başladım. Tədbirlərə getdim, təlimlər verdim. Bir sözlə yasımı yaşaya bilmədim. Daha doğrusu, yaşamaqdan qaçdım. Hər gecə ağlasam da, səhər özümü güclü göstərdim. Amma alınmadı, çünki bu yasımla qarşılaşmalı idim.

Dünən də ani kiçik problemdə affekt halı keçirdim. Bütün bu olanlar, deyilənlər, yazılanlar açığı məni üzmür və narahat etmir. Çünki məni daha çox üzən şeylər var. Və bu narahatçılıqlardan qurtulmağa qərar vermişəm. Bunun üçün də bol-bol dincələcəm və müalicə olunacam. Ən qısa zamanda aranıza daha yaxşı formada daha sağlam və dözümlü olaraq qayıdacam. Dünəndən mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Özüm də bilirəm ki, düzələcək, sadəcə biraz dincəlmək lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3261
avatar

Arzu Qurbanlı

Oxşar yazılar