Türkiyənin məşhur müğənnisi Ajda Pekkan xəstəxanaya yerləşdirilib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ajda Pekkan dünən Maltepe Universitetində keçirilən bahar şənliklərində səhnəyə çıxıb.
Ancaq məşhur müğənni beşinci mahnısını oxuyan zaman özünü pis hiss etməyə başlayıb, ayaq üstə durmaqda çətinlik çəkib. Superstar Yeditepe Universitetinin xəstəxanasına yerləşdirilib. Həkimlərin ilkin müayinənin nəticələrinə əsasən Ajda Pekkanın qulağında ağrı olduğunu bildiriblər. Müğənniyə gecəni xəstəxana keçirmək tövsiyə olunub.
Qeyd edək ki, keçən il Ajda Pekkanın ürəyinə stend taxılıb.