Adı Qızıl Fonda düşən ilk azərbaycanlı danışdı
13 may 2013 13:03 (UTC +04:00)

Adı Qızıl Fonda düşən ilk azərbaycanlı danışdı

0

Adı Rusiyanın Qızıl Fonduna düşən  ilk azərbaycanlı, 11 yaşlı Əli Muradov növbəti uğura imza atıb. “İstedadlıların Planeti” ("Planet of Talents ") adlı beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən Əli Muradov “Qrana-pri”- yə layiq görülüb. Lent. az-ın məlumatına görə, Novosibirskdə həmin müsabiqənin qala konserti və diplomların təqdimat mərasimi keçirilib. “Akademik vocal” nominasiyası üzrə 9-12 yaş qrupunda iştirak edən həmyerlimiz  “Qran-pri” yə layiq görülməklə yanaşı, xüsusi təşəkkürnamə ilə də təltif olunub. 

Əli Muradov öz təəssüratlarını Lent. az-la bölüşüb: “Beş minə yaxın iştirakçının hamısı istedadlı idi. Mübarizənin çətin olacağını öncədən bilirdim. Amma buna baxmayaraq, qarşıma  məqsəd qoymuşdum ki, səhnədə Azərbaycan bayrağını qaldırım və  də o biri millətlərə, o cümlədə ermənilərə nəyə qadir olduğumuzu sübut edim. Şükür, buna nail oldum. Amma açığı, “Qran-pri” alacağımı gözləmirdim. Buna beş min nəfər arasında yalnız mən layiq görüldüm ”.

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Əli Muradov  Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyada  skripka üzrə keçirilmiş beynəlxalq festivalda I dərəcəli laureat diplomu ilə təltif olunub.

 

http://www.youtube.com/watch?v=YiRKauW98TY

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1712

Oxşar yazılar