ABŞ vətəndaşı 221 milyonun qalib olub
26 mart 2013 07:47 (UTC +04:00)

ABŞ vətəndaşı 221 milyonun qalib olub

Nyu-Cersi ştatının 44 yaşlı sakini Pedro Kezada lotereya bileti ilə 221 milyon dollar udub.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, həmin uduşlu  kağızı dükana gətirəndə, artıq orada Kezadanı bir neçə jurnalist gözləyirmiş. Qalib bildirib ki, «çox xoşbəxtdir» və uduşu ilk növbədə yaxın qohumları üçün maddi yardım kimi xərcləyəcək.

 

Mənbənin bildirdiyinə əsasən, bütün vacib vergiləri ödədikdən sonra Kezadaya 152 milyon dollara yaxın məbləğ qalacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199
avatar

Oxşar yazılar