Müğənni Zarina Məmmədova ilə işbirliyinə son qoyan prodüser Təranə Səmədova xeyli müddətdən sonra yenidən iş başına keçəcək. Lent.az-a açıqlama verən prodüser deyib ki, o “Space” telekanalında veriliş aparmaqla yanaşı şou-biznesə yeni addımlarını atan Boris Bayramovla çalışacaq: “Bir çoxları məni qalmaqallı prodüser kimi tanıyır. Amma dilimə gör dilçəyim var. Boş-boşuna danışanlardan deyiləm. Daim diqqətimi yaradıcılıq işlərimə yönəltmişəm. Amma son dövrlər aparıcılıq etdiyimə görə, prodüserlik fəaliyyətimi bir qədər dondurmuşdum. Amma yenidən prodüserlik fəaliyyətimi bərpa edirəm. Şou aləmində öz sözünü demək istəyən Boris Bayramovla işbirliyinə başladıq. Onunla müqavilə də bağlamışam. Müğənni Zarinadan sonra işləməyə bir qədər ruhum həm də vaxtım yox idi. İndi hər şey yolundadır. Bir çox xanım və bəy müğənnilərdən təkliflər gəlsə də Borisi seçdim. Belə deyək də onu kəşf etdim. Onu da deyim ki, Borislə birgə çalışmaq təklifini ilk olaraq onun mahnılarının bəstəkarı Tərlan Məmmədhüseynov tərəfindən gəlmişdi. Düşündüm ki, Tərlan Boris və mən birlikdə çox gözəl işlər həyata keçirə bilərik. Bizə uğur olsun”.
Xatırladaq ki, T.Səmədova sonuncu dəfə müğənni Zairna Məmmədova ilə çalışırdı. Lakin Z.Məmmədova şou-biznesdən getdiyini açıqlayandan sonra onların işbirliyi başa çatıb.
Qeyd edək ki, Prodüser hazırda “Space TV”-də “Hələ bu harasıdır” adlı veriliş də aparır.