Ötən gün “28 Cinema” da “Son məktub” filminin təqdimatına dair mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə filmin rejissoru Özhan Eren təəssüratlarını bölüşüb: “Bu ekran əsərində iki azərbaycanlı aktrisa rol alıb. Filmdə rol alan Nəsrin Cavadzadə səhhətində yaranan nasazlıqlara görə konfransa qatılmayıb. Mina Sovetski isə bizimlədir. Mən də əslən azərbaycanlıyam. Babam o vaxtlar Amasiyaya köçüb. Bu gün Bakını gəzmişəm”.
Xatırladaq ki, filmin büdcəsi 20 milyon lirədir. Ekran işi Çanaqqala qələbəsindən bəhs edir.
Qeyd edək ki, filmdə Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak rol alıblar.