“Eurivision-2014” təmsilçimiz Dilarə Kazımova “Matəm günü” ilə əlaqədar bu gün keçirəcəyi təqdimat mərasimini təxirə salıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Biz təqdimat mərasimini təxirə saldıq. “Günəşli” neft yatağında dünyasını dəyişən həmvətənlərimizin ailələrinə Allahdan səbir diləyirik”.
Qeyd edək ki, D.Kazımova bir müddət öncə açıqlamasında yaradıcılığında yenilik etməyə hazırlaşdığını, təqdimat keçirəcəyini demişdi.