Azərbaycanı “Eurovision 2016” yarışmasında təmsil edəcək Səmra Rəhimli promo-turları çərçivəsində Serbiyada olub. Lent.az-ın məlumatına görə, təmsilçimiz 2007-ci ildə “Eurovision” müsabiqəsində qalib olan serbiyalı Mariya Şerifoviçlə görüşüb. M.Şerifoviç azərbaycanlı həmkarı Səmranı Serbiyadakı promo turu çərçivəsində özünün Belqraddakı ən sevimli restoranına şam etməyə dəvət edib. Səmra və Mariya Serbiya mətbəxinin ən ləziz yeməklərini dadıb və Eurovision-da uğur qazanmağın sirlərini müzakirə ediblər.