<span style="color:red;">Müğənninin həyat yoldaşı : “Samir mənim zövqümə görə oğlan olmayıb”
24 aprel 2014 01:22 (UTC +04:00)

Müğənninin həyat yoldaşı: “Samir mənim zövqümə görə oğlan olmayıb”

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva  onunla bağlı gözlənilməz açıqlamalar verib.

 

Gecce.az xəbər verir ki, ATV kanalında efirə gedən verilişdə Samir Piriyev və Anara cütlüyü iştirak edib.

 

Müğənninin həyat yoldaşı deyib ki, Samirlə ailə qurmaqda məqsədi onu xoşbəxt etmək olub: “Mən hiss edirdim ki, onun bu xoşbəxtliyə çox ehtiyacı var. Biz çox yaxın dost olmuşuq, amma bir gün ailə quracağımızı ağlımın ucundan belə keçirməmişəm. Bu mənim özüm üçün də gözlənilməz oldu. Düzü ilk uğursuz ailə dramından sonra bu addımı atmaq çox çətin idi. Öz qadın xoşbəxtliyimi təhlükəyə atdığımı bilə-bilə yenə də Samirlə ailə qurdum. Bu bir qadın fədakarlığı idi. Düzü, Samir mənim zövqümə görə oğlan olmayıb. Sevib ailə qurmamışamonunla. Bu gün o, mənim gözümdə ən yaraşıqlı kişidir. Bir-birimizə ən əsas hörmət etməyi bacarırıq.”

 

Anara Piriyevanın digər açıqlaması isə boşanmış xanımlara münasibətilə bağlı olub: "Mənim üçün "boşanmış qadın" adı ən pis addır".

 

Xatırladaq ki, müğənni Samir Piriyevin ilk nigahı Yeganə Mansurova adlı xanımla 2007-ci ilin mart ayının 27-də gerçəkləşib. Cəmi 3 il davam edən bu evlilikdən müğənninin Ayişə adlı qız övladı var. İkinci dəfə isə 2010-cu ilin iyulun 12-də Anara adlı xanımla ailə həyatı quran Samir Piriyevin bu nigahdan isə bir qız və bir oğlan-  Fərəh və Nicat adlı övladları var.

# 4877
avatar

Oxşar yazılar