Müğənni Elnarə Xəlilova bir müddət öncə hovuzda çimərkən çəkdirdiyi şəklləri "İnstagram" səhifəsinə yerləşdirməsinə həyat yoldaşı Rövşən Cahangirovda münasibət bildirib. Lent.az-ın məlumatına görə, E.Xəlilova “10-lar” verilişinə açıqlamasında bildirib ki, mövzuya həyat yoldaşının müdaxiləsindən sonra şəkli silməyə məcbur olub.
“Hovuzda çəkdirdiyim şəklə görə, çox tənqid olundum. Yoldaşım əsəbiləşdi. Onun gücü mənə çatır. Heç kimi günahlandırmıram. Qəbahəti yenə də özümdə görürəm. Mən gərək hovuz kənarında başımın şəklini çəkdirməzdim. Söz verirəm. Bir daha olmayacaq. Bilməzdim ki, şəkil belə rezonansa səbəb ola bilər. Heç təzə mahnı yazdıranda saytlar bunu işıqlandırmır. Məni peşman etdilər. O həddə çatdım ki, həmin fotonu “İnstaqram”dan silməyə məcbur oldum. Bu yaxınlarda ya dəniz kənarında, ya da hovuzda fotosessiya etdirəcəyəm. Bu dəfə kürk, palto geyinəcəm, başımı isə şalla bağlayacam. Görüm bu dəfə nə yazacaqlar”.