<b>Namiq İlhamə Quliyevaya müraciət etdi</b>:<span style="color:red;"> “Titul istəyirəm”  -<span style="color:red;"> MÜSAHİBƏ
12 aprel 2014 15:50 (UTC +04:00)

Namiq İlhamə Quliyevaya müraciət etdi: “Titul istəyirəm” - MÜSAHİBƏ

 

Bugünkü müsahibim bir vaxtlar “Rəvayəti” ilə birdən-birə şou aləmə qatılan, sonra Aygün Kazımova ilə şöhrətinə şöhrət qatan, indi isə İlhamə Quliyevadan titul gözləyən Namiq Qaraçuxurludur. Meyxanaçı Namiq Aygün Kazımova ilə yenidən bir araya gəlmək istəmədiyindən, şou-biznesdən uzaqlaşacağından, sponsor sayəsində tanınan insanlardan danışdı. Beləliklə, meyxanaçı Namiq Qaraçuxurlunun Lent.az-a müsahibəsini təqdim edirik:

 

- İlk öncə başlayaq yaradıcılıq işlərinizdən. Nə xəbər var ?

 

- Yaradıcılığımda  yenilik odur ki, ATV kanalında yayımlanacaq “Azərbaycanın səsi” layihəsində jüri heyətində olacam. Bu layihə mənim yaradıcılığıma daha bir təcrübə gətirəcək. Bundan əlavə klip çəkilişlərinə start vermişik. Klip təxminən gələn ayın sonu yekunlaşacaq. Əsas yenilik isə solo konsertim olacaq. Mayın 30-da olimpiya komplekslərinin birində.  

 

- Sonuncu duetiniz Rəhim Rəhimliylə oldu. Sıradakı kimdi?

 

- Bir çox sənətçilərlə duet oxumuşam. Yenidən duet ifa etmək fikrim var. Artıq bunun üçün zamanın yetişdiyini hiss edirəm. Hətta bir neçə sənətçilərdən duet təklifləri də almışam. Bildiyiniz kimi mahnı da bəstələyirəm. Bir çox müğənnilər istəyirlər ki, mən onlar üçün mahnı yazım. Amma mən düşünürəm ki, bəstələdiyim mahnının mövzusu maraqlı olsun. Evdə azdan-çoxdan yazıb-pozuram, mövzular yaranır. İnşallah, tezliklə yeni duetlər olacaq.

 

- Ən yadda qalan və  uğurlu duetiniz kiminlə olub?

 

- Bu günə qədər ifa etdiyim duetlərin hamısı uğurlu alınıb. Hətta televiziya verilişlərində bədahətən musiqi, meyxana duetləri də sevilib. Məndə duet daha maraqlı alınır. İndi “Natiq ritm” qrupu ilə duet hazırlayırıq. Baxmayaraq ki, onlar alətdə, mənsə ifa edəcəm. Bu da duet sayılır. Çünki gözəl bir sintezdir. Hətta bu duetə klipdə çəkdirəcəyik.

 

- Aygün və  Namiq. Bunları yenə bir arada görmək olar?

 

- (Bir az düşünür...) Yox. Aygünlə bir araya gəlməyimiz gözlənilmir. Çünki biz artıq yetərincə duet planını doldurmuşuq.

 

 

- Namiq özünü şou-biznesdə görür, yoxsa bir çox həmkarı kimi “Mən şou-biznesdə deyiləm, musiqi aləmindəyəm” deyir?

 

- Bəzi sənətçilərdən “şou-biznesdə yoxam”  fikrini eşitmişəm. Vaxtı ilə şou aləminə var gücləri ilə girmək istəyirdilər. Və istəklərinə də nail olublar. Öz yerlərini tapdıqdan sonra deyirlər ki, biz şou-biznesdə yoxuq. Bu mənə pis təsir edirdi. Hər zaman da o insanları qınayırdım. Amma zaman keçdi, başa düşdüm ki, onların haqlıdır. Çünki bu aləmdə müxtəlif cür insanlar var. Çox böyük danışmayım, amma mənə yaraşmayan insanlar var. Məcburən onlarla bir qazanda qaynamalıyam. Bunu isə xarakterim bunu qəbul etmir. O səbəbdən mən də bu aləmdən qaçıram. Deyə bilmərəm ki, şou-biznesdə yoxam. Böyük məmnuniyyətlə bu sahədən uzaqlaşmaq istəyərdim. İndi şou aləmi ürək açan deyil.

 

- Ürək açmayan nədi? 

 

- Deyim də. İndi şou aləmində ancaq dava-qırğın, tanışlıq və hədiyyə ilə gündəmdə qalan sənətçilər çoxdu, bu məsələ böyük rol oynayır. Həmin insanlar isə bu gün süfrənin başında əyləşirlər. Bəzisi dost-tanışının dəstəyi ilə, bəzisi isə hansısa pullu adamın sayəsində “raskrutka” olunur. Zaman-zaman həmin insanlar şou aləmində tanınırlar. Lakin normal həyatda onlarla ünsiyyətdə olduğumuz zaman görürsən mənəvi, əxlaqi problemləri var. Düşünürəm, bu proses hələ iyirmi il belə davam edəcək.

 

 

- Dediniz ki, zamanla şou-biznesdən gedəcəm. Müğənnilikdən başqa nəyi bacarırsız?

 

- Konkret nə işlə məşğul olacağımı hələ açıqlamıram. Öz biznesimi qurmaq niyyətindəyəm. Bu biznesim isə yay mövsümündə başlayacaq.

 

 

- Biznesinizi qurduqdan sonra ifaçılıq fəaliyyətinizi davam etdirəcəksiniz? Yoxsa?

 

- Yox, şou-biznesdən uzaqlaşsam da, sənətdən ayrılmayacam. Yaradıcılıq qalacaq. Mənim üçün vacib olan içimdə olanları qələmə almaq, daha sonra təqdim etməkdi. Bunu eləməsəm mən ölərəm, ya da xəstəlik taparam. Şou-biznesdən getdiyimi açıqlayan zaman bir çox yerlərdən, bir çox efirlərdən uzaqlaşacam.

 

 

- Mənə maraqlıdı, Namiq Qaraçuxurlunun titul almağa nəyi çatmır? Ümumiyyətlə titullarla aranız necədir?

 

- Titul məsələsini ciddi qəbul etmirəm. Amma bəziləri çıqqılı uşaq kimi oynayırlar. Biri o birinin  üstünə, o biridə digərinin üstünə. Amma mən bu titullara bir şou kimi baxıram. Çünki bu tamaşaçılar üçün maraqlıdır.

 

 

 

- Özünüzə hansı titul verərdiniz?

 

- Məlumdur ki, şou-biznesdə titulları adətən İlhamə Quliyeva verir. İlhamə xanımın mənə titul verməsi, haqqımda nə düşündüyü mənə maraqlıdır. Düşündüyünü qismən də olsa bilirəm, hiss etmişəm. Amma yenə də maraqlı olardı. Əslində ondan titul çoxdan gözləyirəm. Artıq sizinlə müsahibədə ona müraciət etmiş oldum. İlhamə xanım mənə titul vermək istəsə, verəcək. Onun kimi böyük sənətkarın dilindən titul eşitmək mənim üçün xoş olar.

 

 

- Səhnə geyimlərini özünüz hazırlayırsız, yoxsa stilist?

 

- Geyimlərimi daimi Hikmət Hüseynov hazırlayır. Belə deyək də, 70 faiz geyimimi məsləhətlə, 30 faiz isə öz seçimim olur.

 

 

 

# 3680
avatar

Yalçın UĞUR

Oxşar yazılar