Müğənnimiz anası barədə: <span style="color:red;">"Deyir, nə istəyirsən elə"
30 aprel 2018 11:41 (UTC +04:00)

Müğənnimiz anası barədə: "Deyir, nə istəyirsən elə"

 

“Eurovision-2016” təmsilçimiz Səmra Rəhimli anası İlhahə Baxşıyevanın ona dəstəyindən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, anası ona bir çox işlərində kömək edir: “Anam çox zövqlü insan olduğuna görə onun zövqünə güvənirəm. Heç bir zaman mənə pis bir işi təklif etməz. İstər geyim baxımdan olsun, istərsə də başqa işlərdə. Hazırda əynimdə olan geyimi də anam çəkib. Kliplərimdə, musiqi seçimlərimdə bütün işlərimdə anam mənə yardımçı olur. Göz dəyməsin, bu barədə bəxtim gətirib. Anamın mənə həyatda verdiyi ən böyük dərs o olub ki, özün üçün yaşa, kim nə deyir, fikir vermə, sənə vacib olan mənim fikrimdirsə, mən sənin barəndə yaxşı düşünürəm, sən mənim qızımsan, nə istəyirsən elə. Yəni bu həyat sənin həyatındır, özün nəyi düzgün bilisənsə, onu da et”.

 

Qeyd edək ki, S.Rəhimlinin anası İ.Baxşıyeva “Miss Şarm Azərbaycan-2003” müsabiqəsinin qalibi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Yalçın UĞUR

Oxşar yazılar