<b>Abbas Flora və Brillianta İlhamə ilə cavab verdi</b>: “Niyə narahat olursunuz?”
14 aprel 2014 11:56 (UTC +04:00)

Abbas Flora və Brillianta İlhamə ilə cavab verdi: “Niyə narahat olursunuz?”

 “İşləri gücləri yoxdur. Əgər mənim haqqımda istər yaxşı, istər pis danışırlarsa, deməli, mən varam. Mənim varlığımla narahat olurlar”. Lent.az-ın məlumatına görə, bu sözləri ATV-nin “10-lar” verilişində əməkdar artist Abbas Bağırov xalq artistləri Flora Kərimova ilə Brilliant Dadaşovanın ünvanına söyləyib. Abbas bir müddət öncə onu tənqid edən xalq artistlərindən danışıb:

 “Niyə narahat olursunuz? Axı, siz xalq artistisiniz... Mənə qarşı hörmətsizlik etsəniz də, mən buna yol vermərəm. Yaşda məndən böyüksünüz. Onların mənə qarşı olan iradları, mənim İlhamə Quliyeva ilə olan xoş münasibətimdən irəli gəlir. Hər kəs bilsin ki, İlhamə xanım böyük, dəyərli sənətkardır. Bu gün titulundan asılı olmayaraq, kim onun qarşısına çıxsa, İlhamə xanımla oxuya bilməz”.

# 1471
avatar

Oxşar yazılar