Dünən ATV kanalında “Qrup № 1” layihəsi növbəti dəfə efirdə oldu. Lent.az-ın məlumatına görə, verilişin bu dəfəki münsif qonağı əməkdar artist Aygün Bəylər idi. Efirin ilk dəqiqələrindən iştirakçı qruplar arasında yaşanan nüfuz savaşı, proqram irəlilədikcə daha da artırdı. Çox emosional başlayan layihənin gedişində həyəcanın və intriqanın son həddə çatacağı öncədən hiss edilirdi. Dəqiqələr irəlilədikcə artıq münsiflər də iştirakçıların duelinə qoşularaq , öz aralarında yaranan fikir ayrılığına aydınlıq gətirmək üçün kəskin dialoqları ilə şecilirdilər. Münsiflərin qruplara yönələn tənqidi fikirləri , iştirakçılar tərəfindən cavabsız qalmırdı. Zaman-zaman aparıcı İlkin Həsəni tərəfləri çox çətinliklə saklitləşdirirdi. Aygün Bəylərin “Bico” qrupu ilə birgə ifası hər kəs tərəfindən alqışlandı. Sonda “Bico” qrupu münsiflərin verdiyi ballarla üstünlük əldə etsələr də , “sms” səsvermələrinin nəticələrinə görə, duelin qalibi “Abşeron” qrupu oldu. Həftənin toxunulmazı “İdeal” qrupu, sona qalan qrup isə “Mozalan” oldu və onlar “Dostlar” qrupunu duelə çağırdılar.
Hər həftənin bazar ertəsi saat 22-00 da ATV kanalının efirində yayımlanan “Qrup № 1” layihəsinin qaçırmayın.
Qeyd edək ki, “Qrup № 1” layihəsinin informasiya dəstəkçisi LENT.AZ-dır.