Dünən ATV –də yayımlanan “Qrup № 1” fərqli çıxışlar və münsiflərin fikir ayrılıqları ilə yadda qalıb. Lent. az-ın məlumatına görə, yarışmanın bu həftəki duelçiləri “Km-Family” və “Gipsy-flamenco” qrupları olub. Dəyişən münsif kürsüsündə isə bu həftə aparıcılar Zaur Baxşəliyev , İsmayıl Cəlilov və reper Anal Nağılbaz əyləşib. Hər iki qrupun çıxışları müzakirəsiz ötüşməyib.
“Km-Family” qrupunun vətənpərvərlik ruhunda dediyi rep və göstərdikləri şou böyük rəğbətlə qarşılanıb. “Gipsy-flamenco” qrupunun ifaları da maraqlı və fərqli olub. Proqramda gərginlik yaşanıb. İş o yerə gəlib çatıb ki, Natəvan Həbibi İsmayıl Cəlilovla, daha sonra isə bəstəkar Vüsalə Hikmətlə mübahisə edib.
Sonda “Km-Family” qalıb gəlib. Həftənin toxunulmazı “Heyratı Muğam” qrupu, sonuncusu isə “M-Life” olub və gələn həftə “Kral” la yarışacağı müəyyənləşib.
Hər həftənin bazar ertəsi, saat 21- 50-də ATV-də “Qrup № 1” izləməyi unutmayın.
Qeyd edək ki, “Qrup № 1” in informasiya dəstəkçisi Lent. az-dır.