Dünən ATV-də “Qrup № 1” -in növbəti efir günü olub. Lent. az-ın məlumatına görə, bu dəfə yarışmaya İlkin Həsəni yox, Şəhriyar Əbilov aparıcılıq edib. Layihənin bu həftəki münsif qonaqları xalq artisti Faiq Ağayev və Anar Nağılbaz olub. Yarışma maraqlı dialoqlarla , münsiflərin çıxışlara özünəməxsus yanaşmaları ilə yadda qalıb. “Km-Family” qrupunun ifaları həm tamaşaçıların , həm də münsiflərin xoşuna gəlib. Münsiflər “İdeal” qrupuna iradlarını bildiriblər. Münsiflərin hər biri öz xallarını “Km-Family” qrupuna versə də sonda SMS nəticələrinə görə duelin qalibi “İdeal” olub . Gələn həftənin duelçilərinin “Abşeron” və “S-Twins” qrupları olacağı müəyyənləşib.
Hər həftənin bazar ertəsi, saat 21-50- də “Qrup № 1” izləməyi unutmayın.
Qeyd edək ki, layihənin informasiya dəstəkçisi Lent. az-dır.