Keçən həftə “Ən yaxşı qadın” aktrisa nominasiyasında “Oskar” mükafatına layiq görülən aktrisa Cenifer Lavrence pərəstişkarlarını məyus edib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, “Umid işığım” filmində oynadığı rola görə mükafatlandırılan 23 yaşlı gənc aktrisa tətil üçün getdiyi Havay adalarında otelin eyvanında tiryək çəkərkən görüntülənib.
Cenifer Lavrencenin eyvana qolsuz köynək və pijama ilə çıxdığı da diqqətlərdən qaçmayıb.